"Neftin qiyməti böyük ehtimalla 60 dollar səviyyələrində qala bilməyəcək"

Beynəlxalq Enerji Agentliyi (UEA), neftin qiymətinin böyük bir ehtimalla 60 dollar səviyyələrində qala bilməyəcəyini açıqlayıb.  


Qurum, gələn il qlobal neft tələbatının kəskin artmayacağı fikrindədir.

 

Neft tələbatına dair proqnozlarını ötən gün yüksəldən OPEC ilə müqayisədə UEA-nın proqnozları fərqlənir.
 
  
UEA gələn il OPEC-in xam neftinə tələbin gündəlik 32.4 milyon barel səviyyəsində oldacağını gözləyir. Sözügedən rəqəm, OPEC-in öz proqnozundan 1 milyon barrel aşağıdır. 

 

Analitiklər bildirirlər ki, bu ay keçiriləcək toplantıda OPEC, neft ehtiyatlarının gələcək il düşəcəyinə işarə edən öz rəqəmlərini istifadə edəcəkdir. Lakin, digər qurumların proqnozlarına də diqqət verəcəkdir.

 

Bu dəqiqələrdə Brent nefti 62,68 dollardan alıcı tapır. Neft bu gün 0,8% ucuzlaşıb.

14 Noyabr 2017, 18:51   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin