"Rusiya bazarları üçün istixana pomidoru yetişdiririk"

Masallı rayonunda Rusiya bazarları üçün istixana pomidorları yetişdirilir.

 

Bu barədə Masallı rayonundan olan sahibkar İlkin Şükürov məlumat verib.

 

İş adamı bildirib ki, istifadəsində olan istixana 4,5 hektar sahəni əhatə edir: "Pomidor toxumunu Türkiyədən alıram. İstixanada yetişdirdiyimiz məhsulu Rusiya bazarlarına göndəririk. Ehtiyac yarananda məhsulumuzu daxili bazara da satırıq. Hər hektardan minimum 170-180 ton pomidor götürürük".

 

Sahibkar qeyd edib ki, istixanada əsasən yerli əhalidən ibarət işçi qüvvəsi çalışır: "Yeli sakinlərdən ibarət briqadamız var. Lazımı işləri onlar görür. Sahənin şumlanması və digər işlər üçün texnikalarımız var. Pomidorun becərilməsi üçün üzvi gübrələri bazardan alırıq".

 

İş adamı əlavə edib ki, 5 ildir xaricə pomidor ixracı ilə məşğuldur və hər il 700 tona yaxın məhsulu xarici bazarlara göndərir.

14 Noyabr 2017, 22:52   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin