Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

12 mindən çox adam dövlət sektorundakı işindən çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
12 mindən çox adam dövlət sektorundakı işindən çıxıb

Azərbaycanda dövlət sektorunda işləyənlərin sayı azalır.

 

"Marja" xəbər verir ki, 2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,4 min nəfər olmuş, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

 

 2017-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514,0 min nəfər olmuş, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Beləliklə, bu ilin 9 ayı ərzində  dövlət sektorunda işləyənlərin sayı 12,3 min nəfər azalıb. Özəl sektorda işləyənlərin sayı isə 24,7 min nəfər artıb.

 

SENTYABRDA ÖZƏL SEKTORDA İŞLƏYƏNLƏR AZALIB

 

2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,3 min nəfər olmuş, onlardan 875,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,  650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

 

Beləliklə, Sentyabrda dövlət sektorunda işləyənlərin sayı 1,8 min nəfər artıb, özəl sektorda işləyənlərin sayı isə 1,7 min nəfər azalıb.

15.11.2017 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ