Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Köhnə direktorunun taladığı dövlət şirkəti mənfəət əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Köhnə direktorunun taladığı dövlət şirkəti mənfəət əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Aztelekom" MMC 2016-cı ildə 10 milyon 259 min manat xalis mənfəət əldə edib. 

 

Reklam_3_11

"Marja" Şirkətin saytında dərc edilən maliyyə hesabatına istinadən bildirilir ki, dövlət şirkəti 2015-ci ili 20 milyon manat zərərlə bağlamışdı.

 

Ötən il şirkətin gəlirləri 5,1% artaraq 90 milyon 882 min manata çatıb. Telekommunikasiya və başqa xidmətlərin maya dəyəri 58 milyon 674 min manat təşkil edib. Eyni zamanda, şirkətin 28 milyon manat inzibati, ümumi və əməliyyat xərcləri olub. Bu xərclər illik müqayisədə 10 milyon manat azalıb (2015-də 38 milyon 146 min manat təşkil etmişdi). Xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 4 milyon 189 min manat təşkil edib. Bundan başqa, şirkətin 9 milyon 930 min manat əməliyyat gəliri də olub. Onun mənbəyi haqda hesabatda məlumat verilmir. Nəticədə ötən il "Aztelekom" 11 milyon 223 min manat balans mənfəəti əldə edib. Dövlət büdcəsinə 964 min manat mənfəət vergisi ödənilib.

 

2015-ci ildə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunmuşdur.

15.11.2017 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ