Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Söz vermişik, son qozasınadək yığıb təhvil verək" - NÜMUNƏVİ PAMBIQÇI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Söz vermişik, son qozasınadək yığıb təhvil verək" - NÜMUNƏVİ PAMBIQÇI

Salyanda pambıq yığımında ərazi vahidlikləri arasında rayonun Kürqarağaşlı kəndinin əməkçiləri ilk sırada gedir. Tarlalarda çalışan pambıqçılar gün ərzində 100-150 kiloqram “ağ qızıl” toplayır. Onlardan biri də Qızbəs İbrahimovadır.


 
60 yaşlı Qızbəs İbrahimova 45 ildir pambıqçılıqla məşğul olur. Necə deyərlər, pambığa olan sevgisi, məhəbbəti onu bu sahədən ayıra bilməyib. Son illər ölkə başçısının pambıqçılığa göstərdiyi diqqət və qayğı onda da böyük ruh yüksəkliyi yaradıb. Əkindən tutmuş məhsul yığımı qurtaranadək Qızbəst İbrahimova tarlada olur. Yaşının ahıl vaxtı olmasına baxmayaraq o, hər gün 120-125 kiloqram məhsul toplayır. Pambığın hər kiloqramının 15 qəpiyə olması isə ona, eləcə də pambıqçı yoldaşlarına sərf etdiyini deyir. 

Reklam_3_11


 
Pambıqçı Qızbəs İbrahimova: “Gündəlik hər adam axşam evinə gedəndə pul aparır. Bu da ki, vallah, sağ olsun prezidentimiz, bizə bu nətəhər deyəllər, təşkil etdi, ortaya çıxartdı, yığdıq. Bundan, əkinindən pul almışıq, işdəməyindən pul almışıq, indi də yığımı da, yığırıq, nə qədər yığırıq onun da pulunu alırıq.”


 
Qızbəst İbrahimova pambıq yığımı başlanan gündən 10 tona yaxın məhsul toplayıb. Onunla bərabər digər pambıqçılar da məhsulu son qozasınadək yığmağı qarşılarına məqsəd qoyublar.


 
Pambıqçı Qızbəs İbrahimova: “Söz vermişik, son qozasınadək yığıb təhvil verək. Söz vermişiksə, sözümüzün üstündə duracağıq.”


 
Elə bu səbəbdən Xocalı, Ərəbqardaşbəyli, Beştalı, Cəngən kəndlərini özündə birləşdirən Kürqaraqaşlı kənd ərazi vahidliyi pambıq yığımında birinci yerdədir. Bu il 345 hektarda pambıq əkilən ərazi vahidliyində 1350 ton mənsul yığımı proqnozlaşdırılıb. İndiyə kimi 1300 ton “ağ qızıl” yığılaraq pambıq zavoduna təhvil verilib.

 

© ARB

15.11.2017 07:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ