Şirkətlər və fərdi sahibkarlar üçün güzəştlər - ÖZÜN DƏYƏRLƏNDİR, ÖZÜN QƏRAR VER

Bank Respublika yeni korporativ müştərilər üçün “XOŞ GƏLDİN” güzəştli kampaniyasını elan edir.

 

Noyabrın 1-dən ilin sonunadək Bank Respublika, bankla yeni əməkdaşlığa başlayan korporativ müştərilər üçün “XOŞ GƏLDİN” kampaniyasına start verir. Kampaniya çərçivəsində yeni əməkdaşlığa başlayan hüquqi şəxslər və fərdi sahibkarlar bankın bütün əməliyyat xidmətləri üzrə güzəştlər əldə edə biləcəklər.

 

“Kampaniyanın başlıca məqsədi odur ki, bankla yeni əməkdaşlığa başlayan hər bir sahibkar, bir ay ərzində heç bir komissiya ödənişı etmədən, təqdim olunan xidmət və bank məhsullarının keyfiyyətini özü dəyərləndirsin. Bundan sonra, müştəri Bank Respublika ilə əməkdaşlığı davam etdirəcəyinə özü qərar verəcək”,– deyə Korporativ Satışlar Departamentinin direktoru Sadiq İbadov bildirdi.

 

Belə ki, yeni korporativ müştərilər üçün kampaniya müddəti ərzində bank, qeyri kredit xidmətləri üzrə komissiya haqqlarını bir aylıq ləvğ edir: Hesabların açılması, biznes kartlar, maaş kartları, elektron bankçılıq, pos-terminal və valyuta mübadiləsi üzrə komissiyalar.

 

Həmçinin, kampaniya çərçivəsində əməkdaşlığa yeni qoşulmuş korporativ müştərilərə, ölkədaxili və xarici köçürmələr, hesabdan nəğd pulun çıxarılması, əmək haqqı kartları,  biznes kartları və pos-terminal üzrə komissiyalar və digər qeyri-kredit xidmətləri üzrə komissiyalar 1 ay müddətinə ləvğ olunur.

 

Beləliklə, yeni əməkdaşlığa başlamış müştərilərə bir ay ərzində yuxarıda qeyd olunan xidmətlər tamamilə pulsuz göstəriləcək. Güzəşt müddəti bitdikdən sonra “XOŞ GƏLDİN” kampaniyası çərçivəsində yeni müştərilərə, əməliyyat həcmindən asılı olaraq standart tariflərdən daha münasib xüsusi tariflər tədbiq olunacaq.

 

https://www.bankrespublika.az

 

15 Noyabr 2017, 10:56   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin