Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə 2018-ci il üçün tariflər razılaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə 2018-ci il üçün tariflər razılaşdırılır

 Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilir.

 

Tədbirdə 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi, 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi müzakirə olunur. 

 

Bundan başqa, 2018-ci il üçün daşınma həcminə dair planın, tədbirlər planının, Ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi, BTNM BA HŞB Ümumi yığıncağının və İdarə Heyətinin tapşırıqları çərçivəsində həlli tapılmayan məsələlər və BTNM BA HŞB-nə yeni üzvlərin qəbulu və s. də müzakirə olunan məsələrdəndir.

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda, bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

 

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyə Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanacaq.

 

© Report

15.11.2017 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ