Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankdan "məzənnə" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan "məzənnə" açıqlaması

"Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır".

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bu gün keçirilmiş iclasından sonra verilən bəyantda deyilir.


"Xarici balans və valyuta bazarı. İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.


Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötmüşdür.
 


Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.",- açıqlamada bildirilir.

15.11.2017 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ