“AtaSığorta” yeni beynəlxalq keyfiyyət sertifikatı əldə edib

“AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür. Bu barədə "Marja"ya ASC-dən bildirilib.

 

Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir.

 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.

 

Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

15 Noyabr 2017, 12:02   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin