Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"OPEC qəti qərar verməsə, neftin qiyməti kəskin düşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC qəti qərar verməsə, neftin qiyməti kəskin düşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddəti kifayət qədər uzadılmasa, neft qiymətlərində kəskin azalma baş verəcək. 


Bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının Qlobal xammal bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) Hyuston şəhərində keçirilən iqtisadçı energetiklərin konfransında bildirib.

Reklam_3_11


Mors qeyd edib ki, investorlar noyabrın 30-da Vyanada keçiriləcək sammitdə 2018-ci il mart ayının sonunda bitən OPEC+ anlaşmasının uzun müddətə uzadılmasını gözləyirlər: "Səudiyyə Ərəbistanı və Rusiya arasında tarixi yaxınlaşma sayəsində hasilatın azaldılmasına nail olunub və bunun davam etdirilməsi tələb olunur. OPEC+ tərəfindən Vyana sammitində qəti addımlar atılmasa, neft fyuçerslərində uzun mövqelərinin kütləvi şəkildə bağlanmasının şahidi ola bilərik".


"Citibank" rəsmisi sammitdə anlaşmanın bir neçə ay uzadılması və ya qərarın 2018-ci ilə qədər ertələnməsi durumunda da kütləvi satışın baş verəcəyini bildirib.


Qeyd edək ki, hazırda anlaşmanın 2018-ci ilin sonuna qədər uzadılmasına Rusiya, Səudiyyə Ərəbistanı, İraq və Oman artıq dəstək verib.

 

© Report

15.11.2017 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ