Ən yuxarı statik reklam_3

Aviasiya tarixinin ən böyük satışı reallaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aviasiya tarixinin ən böyük satışı reallaşdı

Airbus tarixin ən böyük təyyarə satışına imza atıb. Bu eyni zamanda Airbus-ın da aldığı ən böyük sifarişdir.
 

"Marja" xəbər veri ki, Airbus ABŞ-ın özəl investisiya şirkəti "Indigo Partners" ilə 430 sərnişin təyyarəsi üçün müqavilə imzalayıb. 430 təyyarəlik sifarişə 273 ədəd A320neo və 157 ədəd də A321neo modeli daxildir.

Reklam_3_11


 
Müqaviləyə daxil olan hava yolları şirkətləri arasında Macarıstanın Wizz Air, ABŞ-ın Frontier Airlines, Çilinin Jetsmart və Meksikanın Volaris hava yolları da var. "Indigo Partners" şirkətinin sözügedən 4 hava yolu şirkətində  payı var.


 
Airbus tərəfindən edilən açıqlamada isə satılan təyyarələrinin dəyərinin 49.5 milyard dollar olduğu qeyd edilib. A320neo 108.4 milyon dollar, A321neo isə 127 milyon dollar qiymətə malikdir.

 
 
Airbus-un daha əvvəlki ən böyük satışı 2015-ci ilin yayında Hindistanın hava yolu şirkəti "Indigo"ya etmişdi. Həmin satışın dəyəri 26 milyard dollar idi. Müqavilə ilə 250 ədəd A320neo təyyarəsi satılmışdı. Indigo Hava Yolları ilə Indigo Partners tamamilə fərqli şirkətlərdir.

 

BOEİNG DƏ İRİ SİFARİŞ ALIB
 

Digər tərəfdən, Dubayın Flydubai aviaşirkəti ABŞ-ın Boeing şirkətindən 50 ədədi 225 ədəd Boeing 737 MAX 10 tipli təyyarə alacağını və 27 milyard dollar ödəyəcəyini bildirib.
 

Emirates ilə müqayisədə daha aşağı qiymətli səyahət imkanı təmin edən Flydubai, Dubay Əmirliyinə aiddir.Ötən aylarda da 75 ədəd Boeing 737 MAX sifarişi verən şirkətin bütün donanması Boeing təyyarələrindən ibarətdir.
 

175 ədədlik yeni sifarişlərin 2023-ci ilə qədər donanmaya qatılacağı gözlənilir.

15.11.2017 10:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ