Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tarif Şurası: Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarif Şurası: Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.

 

Reklam_3_11

Tarif (qiymət) Şurası bir daha xatırladır ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə “Azəristiliktəchizat” ASC üzrə 1 kub metr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilmişdi.

 

Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunmuş, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilmişdir. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kub metr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməmiş, birləşdirilərək əvvəlki səviyyədə saxlanılmışdır.

 

Göründüyü kimi, tariflərdə hər hansı artımdan söhbət getmir. Tarif (qiymət) Şurası bir daha kütləvi informasiya vasitələrinə diqqətli olmağı, araşdırılmamış məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir.

12.12.2016 08:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ