Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Greenpeace”in ekoloqları Norveç dövlətini məhkəməyə veriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Greenpeace”in ekoloqları Norveç dövlətini məhkəməyə veriblər

Oslo məhkəməsi “Greenpeace” müstəqil beynəlxalq ekoloji qeyri-hökumət təşkilatının Skandinaviya bölməsinin və təbiəti mühafizə üzrə daha iki birliyin Norveç dövlətinə qarşı iddiasını araşdırmağa başlayıb.

 

Norveç KİV-ləri xəbər verir ki, iddiaçılar Norveç hökumətinin neft-qaz şirkətlərinə Arktikada, habelə Barens dənizi hövzəsində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatını həyata keçirmək üçün razılıq verməsindən şikayət edirlər. QHT nümayəndələri israr edirlər ki, hökumət bu yolla həm ölkə Konstitusiyasının Norveç vətəndaşlarının sağlam ətraf mühitdə yaşamaq hüququnu, həm də iqlim üzrə Paris Sazişinin atmosferə karbon qazı tullantılarının azaldılmasına dair ayrı-ayrı maddələrini pozur.

2016-cı ildə Norveçin Neft və Energetika Nazirliyi ölkənin kontinental şelfində yerləşən yataqların işlənməsi hüququna dair lisenziyaların bölüşdürülməsinin növbəti raunduna yekun vurub. Həm Norveç şirkətlərinə, həm də böyük xarici şirkətlərə həmin yataqlardan istifadə etmək icazəsi verilib. Mütəxəssislərin sözlərinə görə, yataqlar milyardlarla dollarla hesablanan neft və qaz ehtiyatlarına malikdir.

 

Lakin həmin ilin oktyabr ayında ekoloqlar lisenziyanın dayandırılması tələbi ilə məhkəmədə iddia qaldırıblar. Norveç hökuməti isə bildirib ki, yeni yataqların kəşfiyyatına icazə verilməsi ölkə Konstitusiyasına zidd deyil.

 

Hökumət krallığın neft-qaz sənayesində tətbiq edilən ekoloji standartların çox yüksək olduğunu, bu standartlara həm yerli, həm də xarici şirkətlərin əməl etməyə borclu olduğunu bildirir. Həmçinin qeyd edilib ki, iddiaçılar ölkə qanunvericiliyinin ayrı-ayrı maddələrini düzgün şərh etmirlər.

 

2014-cü ildə Norveç Konstitusiyasında təbiətin qorunması işində dövlətin məsuliyyətini nəzərdə tutan dəyişiklik edilib. Belə ki, söhbət yeni nəsillərin ekoloji cəhətdən əlverişli şəraitdə yaşamaq hüququndan gedir. Məhz bu maddəyə istinad edən ekoloqların fikrincə, Arktika şelfində neft yataqlarının kəşfiyyatına və neft hasilatına icazə verilməsi Konstitusiyaya ziddir.

 

© azərtac

15.11.2017 11:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ