77 milyon zərərdən sonra 19 milyon manat mənfəət
"Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC 2016-cı ildə 18 milyon 785 min manat mənfəət əldə edib. Halbuki əvvəlki il ziyanla (-77,2 milyon manat) işləmişdi.
"Marja" bu barədə şirkətlər qrupunun saytındakı maliyyə hesabatına istinadən bildirilir.
2016-cı ildə onlarla şirkətin daxil olduğu korporasiyanın gəlirləri 131,2 milyon manat olub. Bu, 2015-ci ildəkindən 38,7% azdır (2015-də 184 milyon manat). İş və istehsal edilən malların maya dəyəri 102 milyon manat təşkil edib. Amma "Akkord"un əməliyyat gəlirlərini 3,3 milyon manat artaraq 28 milyon manat təşkil edən inzibati və ümumi xərclər "yeyib".
"Qrup mənfəəti başqa gəlirlər (17,1 milyon manat) və manatla xarici valyutaların məzənnə fərqindən (12,5 milyon manat) əldə edib", -deyə "Growe Horwath İnternational" audit şirkətinin müsbət rəy verdiyi hesabatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
5 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl