Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən bahalı almaz daşının qiyməti bəyənilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən bahalı almaz daşının qiyməti bəyənilmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"The Art of Grisogono" adı verilən, 404 karatlıq işlənməmiş daşdan kəsilən 163.41 karatlıq rəngsiz almaz boyunbağı İsveçrədə 34 milyon dollara satılıb və "D color" seqmentində dünyanın ən bahalısı olub



 
163.41 karatlıq hamar D rəngi almaz, zümrüd və brilyantdan zənciri ilə birlikdə vergi və komissiyalar xaric 33.8 milyon dollar qarşılığında satılıb.


 
"Marja" xəbər verir ki, "The Art of Grisogono" adı verilən ləl-cəvahirat bir hərracda satılan ən böyük almaz olması ilə bərabər, öz növündə tarixin ən bahalısı olub.

 

"Christie's" tərəfindən satılan məhsul üçün, auksion evinin rəhbəri Rahul Kadakia, D rəng şkalasında üçün dünya rekordu olduğunu bildirib.


 
 ANQOLADA ÇIXARILIB


 
D sinfi, almazda rəng dərəcəsini bildirən göstəricilərdən biridir və almazın tamamilə rəngsiz, buna görə də, çox nadir olduğunu göstərir. Almaz, keçən il fevral ayında Anqolada kəşf edilmiş və 404 karatlık bir daş kəsilmişdi. Mütəxəssislər sözügedən almazın dünyanın kəşf edilən ən böyük 27-ci işlənməmiş xam almazı olduğunu bildirir.


 
İsveçrəli "De Grisogono" tərəfindən hazırlanan ləl-cəvahirat üçün düz 1700 saat sərf edilib, ancaq 34 milyon dollara yaxın satış qiyməti bəyənilməyib. Tobias Kormind adındakı zərgər satışın 50 milyon dolların üzərində olması lazım olduğunu bildirir.


 
 Digər tərəfdən, "Christie's" hərracı kimin qazandığını açıqlamayıb,  alıcının telefonla hərraca qatıldığını bildirib.

15.11.2017 12:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ