Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Mastercard” Azərbaycan üçün unikal platforma istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mastercard” Azərbaycan üçün unikal platforma istifadəyə verdi

 Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Azərbaycanda kart sahibləri üçün “Priceless Specials” adlı yeni unikal platformasını istifadəyə verib.

 

"Marja" xəbər verir ki, bu xüsusi proqram “Mastercard”/”Maestro” kart sahibləri üçün kafe, restoran, hotel, mağaza, SPA mərkəzləri kimi müxtəlif tərəfdaş şirkətlər tərəfindən təklif olunan imtiyazları bir araya gətirir.

 

“Priceless Specials” platforması “Mastercard” kartlarına sahib olmağın üstünlüklərindən biridir. Bu proqramın kiçik sürprizləri sayəsində kart sahibləri üçün unikal təcrübələr, xüsusi macəralar, alış-veriş və iaşə obyektlərində imtiyazlar, ən yaxşı şou və idman tədbirləri, habelə ən keyfiyyətli hotel və gəzinti təcrübələri daha da özəl olacaq.

 

Yeni istifadəyə verilmiş proqrama əsasən, istifadəçiləri www.mastercard.az saytında “Scalini” italyan restoranından başlayaraq “Lilac” gül mağazasınadək bir çox nüfuzlu brendin təqdim etdiyi endirimlər gözləyir.

 

“Unikal “Priceless Specials” platformasını Azərbaycanda istifadəyə verməkdən böyük məmnuniyyət hissi duyuruq. Yeni tərəfdaşlıqlar quraraq “Mastercard” kart sahiblərinə eksklüziv imtiyazlar təqdim etməyə davam edəcəyik. “Priceless Specials” daim inkişaf edərək “Mastercard”a istehlakçılar qarşısında olan öhdəliklərini yerinə yetirməsinə kömək edəcək ki, bu da onları ən əhəmiyyətli xidmətlərlə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində müştəri təcrübəsini daha zövqlü və faydalı etmək üçün Azərbaycanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Müştərilərimiz həmçinin ödəniş zamanı rahatlıqla endirimlərdən faydalana biləcək, belə ki, endirim POS-terminal əməliyyatı yerinə yetirərkən avtomatik olaraq aktivləşəcək”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib.

 

Təklif olunan qiymətsiz imtiyazların tam siyahısı burada: https://eu.mastercard.com/a/az/qiymetsiz/

 

15.11.2017 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ