Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Expressbank ilə TaxFree4U xidməti

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank ilə TaxFree4U xidməti
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Expressbank-ın kartları ilə TaxFree4u xidməti çərçivəsində Avropanın aparıcı ölkələrinin ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş alış-veriş nöqtələrində xərclədikləri vəsaitin bir hissəsini geri alan müştərilərin sayı artmaqdadır.

 

Reklam_3_11

TaxFree4U şirkətinin direktoru Merton Smit :

 

”Texnoloji yeniliklərə köklənmiş şirkətimiz Expressbank ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Bizim və Expressbank-ın innovativ məhsulları daima bir-birini tamamlamaqdadır. Belə ki, bildiyiniz kimi, artıq Avropa ittifaqı ölkələrinin vətəndaşlığı olmayan Azərbaycan turistləri burada alış-veriş zamanı ƏDV bəyannaməsini doldurmaya da bilərlər. Çünki, bizim mobil əlavəmiz bu işi onların əvəzinə görəcək. Bundan əlavə Aİ vətəndaşı olmadığını sübut etmək üçün sadəcə ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəninin şəklini göndərmək kifayətdir. TaxFree4U ilə həmçinin bir neçə alış-veriş əməliyyatlarını bir qəbz altında birləşdirmək mümkün olduğundan ƏDV qaytarılması üçün minimal məbləğ artıq daha əlçatandır. Məhz bütün bunlara görə biz Expressbank ilə əməkdaşlığımızdan çox məmnunuq”.

 

Xatırladaq ki, Expressbank kartlarıyla alış-veriş edən müştərilər nəinki xaricdə xərclədikləri ƏDV-ni geri alır, həmçinin ölkədaxilində 20%-dək cashback qazanırlar.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbankdaxil ola bilərsiniz.

 

15.11.2017 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ