“Azercell” satılıb?

"TeliaSonera" şirkəti "PAŞA Holdinq" tərəfindən "Azərcell"in səhmlərinin alınmasına dair mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

 

"TeliaSonera"nın korporativ maliyyə analitiki Yoanna Hansson (Johanna Hansson)  bildirib ki, yayılan informasiya spekulyasiyadır: "Biz media spekulyasiyaları ilə bağlı hər hansı şərh vermirik. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı məlumat olarsa, sizə açıqlamağa hazırıq".

 

"PAŞA Holdinq"dən isə sözügedən məsələyə münasibət bildirmək istəməyiblər.



Qeyd edək ki, "TeliaSonera" şirkətinin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azərcell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.

 

"Fintur Holdings"in səhmlərinin bir qismi (14,02% birbaşa, 24,02% dolayı) "Türkcell" şirkətinə məxsusdur.

 

Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

 

© APA

16 Yanvar 2017 , 12:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin