Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aston Martin istehsalı dayandıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aston Martin istehsalı dayandıra bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngiltərənin lüks avtomobil istehsalçısı Aston Martin, Birləşmiş Krallığın Brexit müqaviləsi bağlamadan Avropa İttifaqından (Aİ) çıxması halında avtomobil istehsalını dayandırmaq məcburiyyətində qalacağı barədə xəbərdarlıq edib.
 


"Marja" xəbər verir ki, hazırda İngiltərədə istehsal olunan hər bir avtomobil modeli üçün, Avtomobil Sertifikatlaşdırma Təşkilatından (VCA-Vehicle Certification Agency) Avropa İttifaqı bazarında satışa icazə verən sənəd alınır. Ancaq İngiltərənin avtomobil sənayesinin aparıcı nümayəndələri, Çərşənbə günü millət vəkilindən ibarət olan bir komitə ilə keçirdikləri görüşdə Birləşmiş Krallığın Mart 2019-da Avropa Birliyindən bir Brexit müqaviləsi olmadan çıxması halında bu prosesin risk altında olacağını bildiriblər.


 
 Aston Martin-in CFO-su Mark Vilson, mövcud sistemin sona çatması halında şirkətin həm fabrik istehsalını dayandıra biləcəyini ya da  başqa bir ölkədə rəsmi razılıq alınması səbəbiylə ciddi xərc artımları ilə qarşı-qarşıya qalacağını deyib.

 

Birləşmiş Krallıq, istehsalının təxminən 80% ini ixrac edir, bunun yarısından çoxu da Avropa Birliyi (AB) ölkələrinə gedir. Digər tərəfdən, Böyük Britaniyada satılan avtomobillərin təxminən 70%-i AB-dən idxal edildiyi üçün, sertifikatlaşdırma məsələsi Avropa avtomobil istehsalçıları üçün də böyük əhəmiyyət daşıyır. Dünya Ticarət Təşkilatı qaydaları çərçivəsində avtomobillər üçün 10%-lik gömrük tarifi tətbiq edilir, bu səbəbdən Brexit müqaviləsi olmadan birlikdən çıxmanın baş verdiyi bir ssenaridə ingilis xalqı bir avtomobilə təxminən 1500 funt-sterlinq qiymət artımı ilə qarşı-qarşıya qalacaq.

 

16.11.2017 07:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ