“PAŞA Həyat”ın sığorta ödənişlərində kəskin artım
Məcmu aktivlərinin həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı il üzrə operativ məlumatlar əsasında hazırlanmış hesabatını açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “Marja”ya verilən məlumata görə, 2016-cı ildə “PAŞA Həyat” tərəfindən 77,679 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci il ilə müqayisədə23,152 mln. manat və ya 42,5% çox olub.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi 29,557 mln. manat və ya 2,8 dəfə artaraq 45,907 mln. manata çatıb.
Сari ilin yanvar ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl