Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Dollar yaxın 6 ildə ucuzlaşacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar yaxın 6 ildə ucuzlaşacaq"

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasına baxmayaraq, qlobal iqtisadiyyatda güclü artım amili səbəbindən dolların məzənnəsi yaxın 6 ildə zəif performans göstərəcək.

 

"Bloomberg" agentliyi xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Morgan Stanley" investisiya bankının London şöbəsinin valyuta bazarları üzrə baş strategiya mütəxəssisi Hans Redeker Sinqapurda verdiyi müsahibəsində verib.


Redeker bildirib ki, qlobal iqtisadiyyat sürətləndiyi üçün investorlar dollarda inkişaf etməkdə olan ölkələrin valyutaları və avro ilə müqayisədə qısa mövqe açmalıdırlar. "Dollar bu ilin yanvar ayında son zamanların maksimal səviyyəsinə yüksəlib və bundan sonrakı 6 il ərzində onun ucuzlaşması proqnozlaşdırılır. Dolların məzənnəsi FED-in faiz artırımlarından çox qlobal iqtisadiyyatın sürəti və maliyyələşmə üçün qlobal bazarların tələbinə bağlıdır", - deyə analitik qeyd edib.

 

© Report

16.11.2017 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ