Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Fındıq festivalı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Fındıq festivalı keçiriləcək

Noyabrın 18-də Zaqatala rayonunda ilk dəfə Fındıq festivalı keçiriləcək.

 

Reklam_3_11

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda fındıqdan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

 

Zaqatala şəhərindəki Dədə Qorqud meydanında keçiriləcək festivalda müxtəlif müsabiqələrin - ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın çəkiclə qırılması, ləpənin təmizlənməsi və digər yarışların təşkil olunması nəzərdə tutulur.

 

Festivalda fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar da sərgilənəcək. Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq nümayiş etdiriləcək.

 

Fındıq festivalı bədii proqramla başa çatacaq.

 

© Azərtac

16.11.2017 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ