Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

1843 mənzilin 7000 alıcısı var

iç səhifə xəbər başlığı altı (mobil)_31
1843 mənzilin 7000 alıcısı var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İndiyədək "güzəştli mənzil" əldə etmək istəyən 7000-dən artıq şəxs qeydiyyatdan keçərək elektron kabinetlərə sahib olublar".

 

bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev bildirib.


 
"Bir neçə aydan sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan verəcəyik. Artıq müvəkkil banklar seçilib, müvafiq müqavilələr imzalanıb. "Azərbaycan İpoteka Fondu" ASC ilə əməkdaşlıq da davam edir. Ümid edirik, 2018-ci ilin yay aylarından vətəndaşlarımız ilk mənzillərdə yaşaya biləcəklər", - deyə o vurğulayıb.

 

Qeyd edək ki. Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binadan ibarətdir. Mənzillərin ümumi sayı 1843 ədəddir.

 

 "Güzəştli mənzil"lər "kupça"lı satılacaq

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən vətəndaşlara "güzəştli mənzil"lər mülkiyyət hüququ haqqında şəhadətnamə ("kupça") əsasında satılacaq.

 

Bunu  da MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.
 


"Təəssüf olsun ki, hal-hazırda mənzil bazarında mənzillər müqavilə əsasında satılır, lakin sonradan vətəndaşlar mənzil aldıqlarını düşündüyü halda məlum olur ki, bu mənzil başqa bir şəxsə də satılıb. Biz isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mənzillərin siyahısını təqdim etmişik. Artıq 584 mənzilin şəhadətnaməsi alınıb. Vətəndaşlarımız hətta həmin sənədlər əsasında mənzillərini girov qoyub kredit ala biləcəklər", - deyə o vurğulayıb.

 

© APA

16.11.2017 13:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ