Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”naəsasən güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətarflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilmişdir.

 

Reklam_3_11

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az ünvanında yerləşən internet səhifəsi istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir.

 

Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola biləcəklər.

 

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

 

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, “MİDA” MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

 

İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Yasamal Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Növbəti mərhələdə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək. Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

 

Qeyd edək ki. Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binadan ibarətdir. Mənzillərin ümumi sayı 1843 ədəddir.

16.11.2017 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ