Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Abşeronda su kəmərləri və qurğuları inşa ediləcək 10,1 milyonluq sərəncam

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeronda su kəmərləri və qurğuları inşa ediləcək 10,1 milyonluq sərəncam
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı imzalayıb.

 

Sərəncamda deyilir: 

 

Ölkədə regionların tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mühüm istiqamətdir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində kommunal infrastrukturun yenidən qurulması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, mövcud su təchizatı sistemlərinin sabit işləməsi yönündə əhəmiyyətli tədbirlər görülmüşdür.

 

Həmin tədbirlərin davamı olaraq, Ceyranbatan su kəmərindən Bakı şəhərinə saniyədə 1,8 kubmetr suyun nəqlinə imkan verəcək diametri 1200 mm, uzunluğu 9,5 km olan magistral su kəmərinin 4,25 km-lik birinci hissəsinin inşası, tikintisi tamamlanmış “+105 Saray supaylayıcı kamerası”nın mövcud su təchizatı sistemi ilə əlaqələndirilməsi üçün diametrləri 1400-1600 mm, uzunluğu 3,05 km olan magistral su kəmərlərinin, diametri 800 mm, uzunluğu 1,45 km boşaltma xəttinin inşası və yarımadanın su təchizatı üçün müstəsna əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici qurğularında istismar müddətini keçmiş yüksək məhsuldarlıqlı (6 ədəd 1,0 m³/san, H=130 m və 5 ədəd 1,0 m³/san, H=150 m) nasos avadanlıqlarının dəyişdirilməsi zərurəti yaranmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılsın.

16.11.2017 14:45

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ