Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hövsan Yaşayış Kompleksində 3000 mənzil inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hövsan Yaşayış Kompleksində 3000 mənzil inşa ediləcək

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında reallaşdırılacaq.

 

Reklam_3_11

Bu barədə MİDA-nın aparat rəhbəri Anar Quliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimat mərasimi ilə bağlı mətbuat konfransında deyib.

 

Hövsan qəsəbəsində tikiləcək kompleks ərazisinin Yasamal Kompleksi ilə müqayisədə daha böyük (20 hektar) olduğunu söyləyən agentlik rəsmisi əlavə edib ki, kompleksin şəhərsalma əsaslandırılması hazırlanıb, bu yaxınlarda tikintisinin aparılması nəzərdə tutulub.

 

Nəzərə çatdırılıb ki, Hövsan Yaşayış Kompleksində təqribən 3000 mənzil inşa ediləcək. Burada sakinlər üçün lazımı şərait yaradılacaq, infrastruktur layihələri həyata keçiriləcək.

 

Güzəştli mənzillərin alınma şərtləri isə hər 2 kompleks üçün eyni olacaq. Mənzillərin yerləşdiyi ərazidən asılı olaraq qiymətlər dəyişə bilər və bu zaman orta bazar qiymətləri əsas götürüləcək.

 

Qeyd edək ki. Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binadan ibarətdir. Mənzillərin ümumi sayı 1843 ədəddir.

 

© Azərtac

16.11.2017 18:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ