Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“SAB” quş kəsib, dondurma istehsal edəcək - YENİ LAYİHƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SAB” quş kəsib, dondurma istehsal edəcək - YENİ LAYİHƏLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi yeni layhələr məlum olub.

 

Hazırda ən müasir avadanlıqla təchiz olunmuş 7 min tonluq logistika mərkəzinə malikolan şirkət, burada illik kəsim gücü 1,8 min ton olan fabrik tikəcək.

 

Bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. Ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur.

 

Şirkətin illik istehsal gücü 7 min ton olan süd emalı sahəsində 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək.

 

 “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 500 manatdır.

 

“Zəhmət-Ruzi” istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.

 

 “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzindən, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.

 

 “SAB” -“Made in Azerbaijan” brendi altında bazara 60 çeşiddə ət və 40 çeşiddə süd məhsulları çıxarılır.

17.11.2017 03:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ