Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azərsun” şəkər və qənd bazarında payını itirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun” şəkər və qənd bazarında payını itirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb.

Reklam_3_11

 

“Marja” rəsmi statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% azdır. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilmişdi.

 

İstehsal azaldığından idxal artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 151 milyon dollar dəyərində 328 min ton şəkər idxal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan 36,5 milyon dollar dəyərində 56 min ton şəkər ixrac edilib.

 

Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu yarı gücü ilə işləyir.

 

İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir. 

 

Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə digər iri ticarət şirkətləri məşğul olurlar.

 

Məhsul növləri

2017-ci ilin yanvar-oktyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Üzlü süd, min ton

761,6

103,8

-

Qaymaq və xama, ton

3 947,8

100,1

-

Pendir və kəsmik, ton

43 188,9

104,5

84,3

Kərə yağı, ton

20 991,2

99,1

4,1

Cem və marmeladlar, ton

29 346,6

102,0

74,0

Duru bitki yağları, ton

45 980,0

104,0

513,4

Marqarin, ton

41 851,3

113,0

717,8

İnsanın qidalanması üçün yararlı olan duz, min ton

53,0

107,3

0,2

Qənd və şəkər tozu, min ton

190,8

53,5

46,6

Çörək və çörək-bulka məmulatları (əmtəəlik), min ton

642,0

101,1

-

İçki məhsulları

Şampan şərabı, min dkl

0,4

36,4

3,9

Araq, min dkl

432,2

91,0

97,5

Brendi (konyak), min dkl

4,1

70,7

29,2

Üzüm şərabı, min dkl

833,4

119,1

1 054,3

Pivə, min dkl

3 797,3

129,5

217,5

Likörlər, min dkl

72,8

63,1

75,1

Alkoqolsuz içkilər, min dkl

16 854,1

103,6

443,8

Tütün məmulatları

Fermentləşdirilmiş tütün, ton

2 453,6

172,3

-

Papiros və siqaretlər, milyon ədəd

748,0

52,7

1,0

17.11.2017 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ