Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Volvo uçan avtomobil üçün tarix verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volvo uçan avtomobil üçün tarix verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Volvo-nun ana şirkətinin (Geely) ABŞ-ın bir texnologiya start-up-ını satın alması ilə uçan avtomobillərin qarşıdakı iki il ərzində bazara çıxa biləcəyi açıqlanıb.



 
"Marja" xəbər verir ki, texnologiya start-upı "Terrafugia"dan edilən açıqlamada, satınalma "Transition" adlı, həm quruda, həm havada hərəkət edə bilən, hibrid avtomobilin bazara çıxışına təkan verəcək.

Reklam_3_11


 
 İki nəfərlik vasitə, bir dəqiqədən qısa bir müddətdə açılan-bağlanan qanadları ilə ilk uçuşunu 2009-cu ildə edib.


 
 280 MİN DOLLARDIR


 
Təxminən 280 min dollar dəyərində olan "Transition", üç kilometr yüksəkliyə çıxa və saatda 160 kilometr sürətlə 640 kilometr yol qət edə bilər.


 
"Terrafugia", böyük bir şirkətin investisiya etməsilə, ötən aylarda mühəndis sayını üç dəfə artıraraq işləri sürətləndirdiyini bəyan etmişdi.


 
Volvo-nun da sahibi olan Çinin avtomobil nəhəngi "Geely" tərəfindən tamamilə satın alınan şirkətə edilən ödəmə haqqında isə məlumat verilmir.

 

"Geely"nin Baş direktoru Li Shufu, "Bu çox həyəcanverici bir sektordur və biz "Terrafugia"nın bildiyimiz mənadakı nəqliyyat vərdişlərini kökündən dəyişəcəyinə inanırıq" deyib.


 
"Terrafugia"ya yatırdıqları investisiyanın ortaq vizyonlarının bir təzahürü olduğunu deyən Shufu, "Terrafugia"yı dəstəkləyərək uçan avtomobillər istehsal edəcəyik" deyib.


"Terrafugia"nın İcraçı diDirektoru Kris Jaran isə "Terrafugia, hələ çox yeni olan, amma son dərəcə həyəcan verən bir sektorda qabaqcıl olacaqdır" - deyib.
 

Şirkətə ABŞ Milli Aviasiya Administrasiyasından, əsasən uçan vasitələrə verilən, xüsusi bir sənəd verilib.


 
"Transition" 20 saatlıq bir təlimdən sonra alınacaq. Uçan avtomobilin sahibləri pilotluq sertifikatı ilə qanuni olaraq onu sürə və uçura biləcəklər.

17.11.2017 05:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ