Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Naxçıvan- Bakı qatarı nə vaxt fəaliyyətə başlayacaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan- Bakı qatarı nə vaxt fəaliyyətə başlayacaq?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Şimal-Cənub dəhlizinin birinci hissəsində işlər bu ilin dekabrında yekunlaşacaq. İran tərəfində isə 2020-ci ilə kimi bitməlidir”.

 

Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib.

 

C.Qurbanov onu da qeyd edib ki, birinci hissədə artıq işlər başa çatmaq üzrədir: “Şimal-Cənub dəhlizi iki hissədən ibarətdir. Birinci hissəsi Astara-Astara dəmiryol xəttidir, bizim tərəfdə 16 kilometr artıq tikilib. Prezidentin tapşırığı ilə biz dekabr ayında o birinci hissənin birinci fazasını yekunlaşdıracağıq. Birinci faza o deməkdir ki, biz öz tərəfimizdə vergi, sərhəd, vaqonların yoxlanışı, İran tərəfdə 1,4 kilometr yolun, 35 hektar yerdə olan quru yüklərin boşaldılması üçün terminal, sərnişin daşınması üçün stansiyanın tikilməsi nəzərdə tutulub. Bu işləri təqribən dekabr ayının sonlarında yekunlaşdıracağıq”.


C.Qurbanov sözlərinə görə, 2020-ci ildə artıq Naxçıvana qədər qatarla getmək mümkün olacaq: “İkinci tərəfin tikilməsi üçün Azərbaycan dövləti tərəfindən 500 milyon dollar kredit ayrılıb. Bu həm İran tərəfi, həm də Azərbaycan tərəfindən razılşadırılıb. Nazirliklərə, aidiyyatı qurumlara bu məsələrlə əlaqədar sənədlər göndərilib. Tikinti işlərinə gələn ilin birinci yarısında başlanacaq. Orada tikinti işləri 2020-ci ilə kimi bitməlidir. 2020-ci ilə qədər biz artıq 164 kilometrin açılışını edəcəyik, buradan Naxçıvana qədər sizinlə bərabər qatarla gedəcəyik”.

 

© Naxcivantv

17.11.2017 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ