Ən yuxarı (mobil)_30

Bu məhsula fermerlərin marağı "ölüb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu məhsula fermerlərin marağı "ölüb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qırmızı kələmə olan tələbat yox çıxıb. Bu növ məhsulun satış bazarının olmaması eyni zamanda fermerlərin də marağını öldürüb. Əkib hara və kimə satacam sualı ortaya çıxıb.

 

Reklam_3_11

Qırmızı kələm həm azalıb, həm də bu məhsulun qiyməti yüksəlib. İndi bölgələrdəki bazarlarda bu məhsula rast gəlmək olmur. Heç təsərrüfatçılar da bu kələm növünü əkib-becərməyə maraq göstərmir.

 

Bərdə, Tərtər rayonlarında ötən il bu növ kələmin əkini aparılsa da bu il vəziyyət fərqlidir. Səbəb isə alıcısının olmamasıdır.

 

Bərdəli fermerlər deyir ki, qırmızı kələmin yetişdirilməsi həm də çətindir. Mütəxəssis yardımı olmasa bu növü becərib başa gətirməyin mümkünsüz olduğu bildirilir. qırmızı kələmdən ən çox salatlar hazırlanır. bu məhsulu satmaq üçün Bakıda restoranlar və iri marketlər ilə yaxşı əlaqə olmalıdır.

 

Təsərrüfatçılar bildirir ki, qırmızı kələmin satış bazarı olarsa,bu növə maraq da artar. Qırmızı kələmin sümükləri və diş ətini möhkəmləndirməsi, bədəni zəhərli maddələrdən qoruması, qan azlığını aradan qaldırması, bağırsaq qurdlarını məhv etməsi kimi faydalarının olduğu bildirilir. 

17.11.2017 07:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ