Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hər artan 1%-ə 2 manat ödənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər artan 1%-ə 2 manat ödənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il bir sıra fermerlərin becərdiyi şəkər çuğundurunda yüksək şəkərlilik faizi qeydə alınıb. Əgər İmişli Şəkər Zavodu şəkərliliyi 14%-ədək olan çuğundurun tonunu 58 manata alırsa, artan hər bir faiz şəkərlilik üçün qiymət 2 manat artır.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, zavodun aqronomu Rövşən Əliyev bildirib ki, zavod qəbul etdiyi şəkər çuğunduru üçün şəkərlik dərəcəsinin baza hissəsini 14 faiz müəyyənləşdirib. Şəkərliyin bundan artıq olması isə fermerlərin xeyrinədir:

 

"Elə fermerlər var ki, onların becərdiyi şəkər çuğundurunun şəkərliliyi 18-20% olub. Həmin fermerlər 1 ton şəkər çuğundurunu zavoda 70-72 manata satıblar. Bir hektardan 40 ton məhsul götürən fermer 2800 manat alıb. Xərclər çıxıldıqdan sonra isə fermer 2500 manat real qazanc götürüb".

 

Aqronom deyir ki, qarşıda duran əsas vəzifələrdən biri bu məhsulun şəkərlilik faizinin daha artırılmasına nail olmaqdır. Artıq bu məsələ gündəmdədir.

 

İmişlidən olan fermer Zeyni Əliyev deyir ki, 2 hektar sahədə  becərdiyi şəkər çuğundurunda yüksək şəkərlik faizi qeydə alınıb.

 

"Ötən il hektardan 50 ton şəkər çuğunduru götürmüşdüm. Bu il məhsuldarlıq təxminən 5 ton az olsa da şəkərlilik yüksəkdir. Şəkərliliyin artması azalan məhsuldarlığı artıqlaması ilə bağlayacaq".

 

Məlumat üçün bildirək ki, bugünə qədər ölkəmizin ayrı-ayrı rayonlarından 370 min tona yaxın şəkər çuğundurunun qəbulu aparılıb. Məhsul yığımının isə 70 faizi artıq yekunlaşıb. Yerdə qalan sahələrdən şəkər çuğundurunun yığılması prosesi isə davam etdirilir.  

17.11.2017 08:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ