Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Rusiyanın neft müqaviləsini uzatmaq istəməməsi mümkündür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rusiyanın neft müqaviləsini uzatmaq istəməməsi mümkündür"

Rusiyanın neft hasilatı 2020-ci ilə qədər 12 mln. barel/günə çatacağı üçün onun OPEC+ anlaşmasını uzatmaq istəməməsi mümkündür. 


Rusiya mətbuatı istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankı verib.


Bankdan bildirilib ki, OPEC+ anlaşması bitdikdə Rusiya azaltdığı 300 min barel/gün həcminin 95%-ni və ya 285 min barel/gün hissəsini tezliklə bərpa edə biləcək. Belə ki, Rusiya hasilatı əsasən yüksək məhsuldarlığı olan yataqlarda azaldıb. Azaldılan həcmin 170 min barel/gün hissəsi "Rosneft"ə aiddir.

 

Xatırladaq ki, noyabrın 15-də Moskvada Energetika Nazirliyində energetika şirkətlərinin top-menecerlərinin nazir Aleksandr Novakla görüşdən məyus çıxdıqları bildirilir. Görüşdən sonra açıqlama verən "Qazpromneft"in rəhbəri Aleksandr Dyukov qeyd edib ki, tam qərar alınmayıb: "Gələn həftə toplanıb bir daha neft sektorunun monitorinqi və müzakirələrinə davam edəcəyik".

 

© Report

17.11.2017 09:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ