Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta şirkətlərinin son vəziyyəti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətlərinin son vəziyyəti açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdır.

 

Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil edib. 

 

Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində 25 sığorta şirkəti tərəfindən 420 milyon 365 min manat sığorta haqları toplanmış, 190 milyon 657 min manat sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, sığorta bazarında yığımlar 10% və ödənişlər 7,3% artıb.

 

Cari ilin ilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib.

 

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.


Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 99 min manat artaraq 307 milyon 302 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15 milyon 222 min manat artaraq 158 milyon 900 min manata yüksəlib.

 

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78 %-i könüllü, 22 %-i isə icbari sığorta növlərinin payına düşüb.

 

2017-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

17.11.2017 11:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ