Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata tələbələrin düşüncə tərzini dəyişdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata tələbələrin düşüncə tərzini dəyişdirir

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində cari ilin 16 noyabr tarixində Azərbaycan Mühəndislik Universitetinin İqtisadiyyat fakültəsində, 17 noyabr tarixində Azərbaycan Neft və Sənaye Universitetində Palatanın mütəxəssisləri tərəfindən "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlimlər keçirilib.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimlərdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarından maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırdılar. İnterraktivlik və diskussiyalarla zəngin olan bu tədbirlərin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.

17.11.2017 15:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ