Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? – RƏSMİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? –  RƏSMİ AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün axşam saatlarından etibarən Bakıda satılan “AI-95 Premium” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.

 

 Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir. Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

 

Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından  bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.

 

“Benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

 

Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

 

XXXXX

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun “AI-95 Premium” benzinin bahalaşacağı gözlənilir.

 

 Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxaracaq.

 

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

 

Qeyd edək k ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə “Avro-4” standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium2”da ölkəyə Rumıniyadan idxal olunur.

 

©Ölkəaz

17.11.2017 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ