Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İlk dəfə yola çıxdı! 1.2 trilyon dollarlıq bazar üçün yarışır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk dəfə yola çıxdı! 1.2 trilyon dollarlıq bazar üçün yarışır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Böyük Britaniyanın Jaguar şirkəti, populyar Land Rover modelinin sürücüsüz versiyası üçün İngiltərə yollarında testə çıxıb.

 

Land Rover-in ilk şəhər sürücüsüz modeli İngiltərə yollarında test edilərkən görütülənib. Jaguar Land Rover mərkəzinin yerləşdiyi Coventry şəhəri başda olmaqla dünyada 12 şəhərdə yola çıxan avtomobillərin testi üçün sadə insanlar da istifadə edilir.


 
"Marja" xəbər verir ki, Ford və Tata Motor ilə birlikdə çalışılan layihə çərçivəsində Jaguar Land Rover, maşınların yol işıqları, yol vəziyyəti və s. barədə bir-biri ilə əlaqəyə girə biləcək texnologiyanın arxasınca düşüb.


 
Testlərin məqsədi isə sürücüsüz avtomobillərin sürüş əsnasında insan davranışları və reaksiyasını təqlid edə bilməkdir. 

 

JLR tərəfindən edilən açıqlamada tam sürücüsüz modellər ilə bərabər nəzarəti tamamilə avtomobilə vermək istəməyən sürücülər üçün yarı müstəqil modellər də inkişaf etdirildiyi qeyd olunub.

 

İstehsalat mühəndisi Nik Rocers, testlər və ətraf mühitin mürəkkəbliyi sayəsində gələcəkdə yol təhlükəsizliyini artıracaq həlllər tapmaq istədiklərini deyir.
 


Çoxlu sayda sensordan əldə edilən məlumatlar və həmin məlumatı işləyən ağıllı texnologiya sayəsində sürücüsüz avtomobillərin inkişaf etdirilməsi planlaşdırılır.


 
Dünyanın aparıcı avtomobil istehsalçıları sürücüsüz texnologiyaya və yeni meyllərə sərmayə qoymağa davam edirlər. Sektor hesabatlarına görə, 2025-ci ildə bazarın 1.2 trilyon dollar olması gözlənilir.

18.11.2017 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ