Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zığda sürüşmə aktivdir, su yer səthinə çıxır - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zığda sürüşmə aktivdir, su yer səthinə çıxır - FOTOLAR

“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”.
 


Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Reklam_3_11


 
Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb.
 


R. Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir: “Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.
 


Qeyd edək ki, dünən Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında uçqun baş verib, bir nəfər torpaq altında qalıb. Uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib.
 

© APA

18.11.2017 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ