Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Robot tibb imtahanından keçdi - DÜNYADA BİR İLK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Robot tibb imtahanından keçdi - DÜNYADA BİR İLK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çində  "Xiao Yi"  adı verilən robot, yazılı tibb imtahanı müvəffəqiyyətlə verərək, yazılı bir imtahanı keçən ilk maşın olub. Robotun avtomatik olaraq bir xəstənin məlumatlarını təhlil edib ilk diaqnozu qoya biləcəyi və gələcəkdə həkimlərə müalicə məsələsində yardım edə biləcəyi qeyd olunur.


 

Reklam_3_11

Çinin aparıcı süni intlekt (zəka) yaradıcılarından olan "iFlytek" şirkəti, "Xiao Yi" adlı robotun yazılı tibb imtahanında 456 bal yığıb. Bu, minimum nəticədən 96 bənd çoxdur.


 
"Marja" xəbər verir ki, "iFlytek"in sözçüsü süni zəkaya malik robotun, avtomatik olaraq bir xəstənin məlumatlarını təhlil edib ilk diaqnozu qoya və gələcəkdə həkimlərə müalicə məsələsində kömək edə biləcəyini deyib.
 


"iFlytek" şirkətinin rəhbəri Liu Qingfeng, "Xiao Yiyi 2018-ci ilin Mart ayında rəsmi olaraq bazara çıxaracağıq. Robot, həkimlərin yerini almaq məqsədi daşımır. Tam əksinə, məhsuldarlığı artırmaq üçün insan-maşın əməkdaşlığının nə qədər faydalı ola biləcəyini göstərir" dedi.


 
Verilən məlumata görə, ABŞ-ın IBM şirkətinin istehsal etdiyi və xərçəng müalicələrində istifadə edilməsi üçün inkişaf etdirilən "Uatson" süni zəka robotundan dan fərqli olaraq "iFlytek" şirkəti, süni zəkalı robotu həm xərçəng müalicələrində, həm də ümumi həkimlik sahələrində istifadə etməyi hədəfləyir. Süni zəkanın istifadəsilə bağlı açıqlamada Çinin kənd yerində səhiyyə məntəqələrinin çatışmadığı və robotların istifadəsinin bir çox insana yardım edəcəyi bildirilir.

19.11.2017 13:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ