Ən yuxarı (mobil)_30

BOKT-lara sərfəli təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT-lara sərfəli təklif
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən kreditlərin verilməsi nağdsız qaydada həyata keçirilməlidir. Bu məqsədlə, BOKT-lar MilliKart tərəfindən təklif olunan xidmətdən istifadə etməyə maraq göstərirlər.

 

Reklam_3_11

 MilliKart-dan “Marja”ya daxilolmuş məlumata görə, xidmət BOKT-ların müştərilərinə kreditlərin plastik kartlarla verilməsini nəzərdə tutur.

 

“Qanunvericiliyə tam uyğun və təhlükəsiz olan bu xidmət çərçivəsində müştərilər əldə etdikləri kartlarla 24/7 bankomatlarda, həmçinin POS-terminallarda nağd vəsaiti əldə edə və nağdsız əməliyyatları həyata keçirə bilərlər. Xidmətin üstünlükləri – müştəri məlumatlarının məxfiliyin qorunması, 24/7 çağrı mərkəzinin mövcudluğu, cari xərclərin azaldılması, geniş xidmət şəbəkəsi və aparılan əməliyyatlar üzrə detallı hesabatların əldə edilməsidir”.

 

Qeyd etmək istərdik ki, MilliKart regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. MilliKart-ın şəbəkəsinə Azərbaycan Respublikasında xidmət olunan kommersiya bankları, “Azərpoçt” MMC və Bank Olmayan Kredit Təşkilatları daxildir. Hazırda, MilliKart-ın şəbəkəsində “İDEAL Kredit”, “FİNCA”, “TBC Kredit” kimi BOKT-lar xidmət olunur.   

16.01.2017 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ