Azərbaycandan Gürcüstana köçürülən pullar artdı
Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 899,4 min dollar pul köçürülüb.
Gürcüstan Milli Bankının məlumatına görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 193,1 min dollar və ya 27,34% çoxdur. Noyabr ayı ilə müqayisədə dekabr ayında Gürcüstandan ölkəmizə pul axını 139,5 min dollar və ya 13,43% azalıb.
Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 885 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 449,7 min dollar və ya 31,33% çoxdur. Bu ilin dekabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 480,1 min dollar və ya 34,17% artıb.
Ümumiyyətlə, ötən il ərzində Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 14 mln. 751,1 min dollar, Azərbaycandan Gürcüstana isə 8 mln. 800,6 min dollar göndərilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
10 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
11 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl