Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın bu dövlətlə ticarəti 600 milyon dolları ötüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bu dövlətlə ticarəti 600 milyon dolları ötüb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

 

Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstandan 194 mln. 726,2 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 455 mln. 674,4 min dollar dəyərində olub. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,6% təşkil edib.

 

10 ay ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 mlrd. 566,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,7% çoxdur.

 

Qonşu ölkənin ixracı 29,4% artaraq 2 mlrd. 203,1 mln. dollar, idxal isə 7,8% artaraq  6 mlrd. 363 mln. dollar təşkil edib.

 

Cari ilin 10 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq  ferroərintilər (11,6%) və minik avtomobilləridir (7,9%).


 
Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.

 

© APA

20.11.2017 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ