Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin üçüncü rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.


Bu barədə "Marja"ya BP-dən bildirilib.

 

Qeyd edək ki, 2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər idi.

 

Verilən məlumata görə, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.


 
"BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir", - deyə məlumatda vurğulanıb.

20.11.2017 10:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ