Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Barama Lissabon veb-sammitində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Barama Lissabon veb-sammitində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı “Technote” PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi.

Reklam_3_11

 

Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.

 

Məlumat üçün bildirək ki, veb-sammit 2009-cu ildən etibarən hər il keçirilən texnoloji konfransdır. Hər il bu tədbirə nəhəng şirkətlərdən tutmuş İT sahəsində çalışan kiçik şirkətlərin nümayəndələri, o cümlədən şirkət prezidentləri, startapların qurucuları, həmçinin qlobal texnologiya və əlaqəli sahələrdə çalışan müxtəlif insanlar qatılır. Bu il keçirilmiş tədbirdə 160 ölkədən 60,000-dək nümayəndə iştirak etmişdir. Siyasi sferadan ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, Rəqabət məsələləri üzrə Avropa Birliyinin Səlahiyyətlisi Marqaret Vestaqer və Fransanın keçmiş prezidenti Fransua Holland tədbirdə spiker qismində qatılıb. Bu spikerlərdən əlavə, texnologiya sahəsinin məşhur simaları, o cümlədən İntel, Oracle və Microsoft şirkətinin prezidentləri və digər şirkət rəhbərləri də konfransda iştirak edib.

 

Qeyd edək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə yardım edir. İndiyə qədər Barama mərkəzi ölkəmizdə onlarla layihə və müsabiqənin gerçəkləşməsinə şərait yaradıb.

20.11.2017 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ