Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft hasilatı ilə bağlı kritik razılaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft hasilatı ilə bağlı kritik razılaşma

İranın neft naziri Bijan Zanganeh  Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin böyük hissəsinin hasilatın azaldılması sazişinin uzadılmasına tərəfdar olduqlarını deyib.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC və Azərbaycan daxil OPEC üzvü olmayan neft istehsalçıları, qiymətlərin düşməsinə səbəb olan qlobal hasilat və ehtiyat çoxluğunun azaldılması üçün ilin əvvəlindən bu yana hasilatlarını gündəlik 1.8 milyon barel azaldırlar.


 
Hasilatın azaldılması müqaviləsi gələn ilin Mart ayında başa çatacaq. OPEC və tərəfdaşları müqavilənin gələcəyini müzakirə etmək üçün bu ayın sonunda toplantı keçirəcəklər.


 
 Zanganeh, İranın ISNA agentliyinə verdiyi açıqlamada, "Üzvlərin əksəriyyəti planın uzadılmasını dəstəkləyir, ancaq yekun qərar növbəti OPEC toplantısında verilməlidir" - deyib.

20.11.2017 13:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ