İngiltərədən 900 azarkeş gələcək - XÜSUSİ GİRİŞ AYRILACAQ
“Çelsi” futbol komandasını "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının V tur matçında dəstəkləmək üçün İngiltərədən 900 azarkeş gələcək.
Bu barədə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev məlumat verib.
O bildirib ki, qonaq komanda fanatlarına BOS-a daxil olmaq üçün xüsusi giriş ayrılacaq. Onlar “Qarabağ” tərəfdarları stadionu tərk etdikdən sonra tribunanı boşaldacaqlar. Bu addım ingiltərəli azarkeşlərin təhlükəsizliyi məqsədi ilə atılıb.
“Çelsi” fanatlarının spirtli içkilərə meyilli olması narahatlıq yaradır. Lakin C.Qarayevin sözlərinə görə, matç günü stadion ərazisində sponsor şirkətin pivələri istisna olmaqla, heç bir spirtli içki satılmayacaq.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək oyun saat 21:00-da başlayacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
-
29 d. əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl