Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-dan İrana "saxta pul" sanksiyası

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan İrana "saxta pul" sanksiyası

ABŞ hökuməti, İranın Yəməndəki "sabitlik pozan" fəaliyyətlərinə yüz milyonlarla dollarlıq saxta pul kəsərək dəstəklədiyi səbəbilə 2 nəfər və 4 şirkəti sanksiya siyahısına əlavə edib. 

 

"Marja" xəbər verir ki, Vaşinqtonun qara siyahısına salınan mətbəələrdən ikisinin Almaniyada fəaliyyət göstərməsi diqqəti çəkir.


 
ABŞ Xəzinə Nazirliyindən verilən  açıqlamada, İran İnqilab Mühafizəçiləri Ordusu (DMO) Qüds Qüvvələrini saxta Yəmən riyalı çap edərək dəstəkləyən 6 nəfər və təşkilata sanksiya tətbiq olunacağı bildirilib.


 
Açıqlamada, DMO-nun, genişmiqyaslı dələduzluqla məşğul olan dəstəsinin buraxdıqları saxta pullarla başda Avropa və Körfəz ölkələri olmaqla dünya miqyasında şirkətlərdən Qüds Qüvvələri xeyrinə məhsul satın alındığı iddia edilib.
 
 
ABŞ-ın qara siyahısına əlavə olunan şəxslərdən Rza Heidarinin nəzarət etdiyi və bu səbəblə də sanksiya tətbiq edilən şirkətlərdən "Forent Technik" və "Printing Trade Center"in Almaniyada fəaliyyət göstərdiyi qeyd olunub.

 

Tehranda yerləşən "Pardazesh Tasvir Rayan" və "Tejarat Almas Mobin Holding" adlı şirkətlər isə yenə DMO adına hərəkət edən Mahmud Seifin nəzarətində olduqları və bu səbəblə də sanksiya siyahısına salınıblar.


 
Xəzinə Nazirliyinin sanksiya siyahısına salınanların ölkədəki sərvətləri dondurulur və Amerikalılarla kommersiya əlaqəsi qurması qadağan olunur.

21.11.2017 05:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ