Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Türk axını"nın ikinci xətti üçün TAP istifadə oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türk axını"nın ikinci xətti üçün TAP istifadə oluna bilər

Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) əlavə olaraq vurulacaq 10 mlrd. kubmetr həcmində təbii qaz "Türk axını" layihəsinin ikinci xətti üçün istifadə oluna bilər.

 

Reklam_3_11

Bu barədə Enerji Tənzimləyicilərinin Əməkdaşlığı üzrə Agentliyin (ACER) Apellyasiya Şurasının üzvü Maykl Tomadakis "Anadolu" agentliyinə açıqlamasında bildirib.


 
Onun sözlərinə görə, Rusiya qazını Avropa bazarına çıxaracaq "Şimal axını-2" layihəsi olduqca əhəmiyyətlidir. Şura üzvü bildirib ki, "Türk axını" layihəsinin birinci xəttinin tikintisi davam edir, ikinci xəttin gələcək müqəddəratı naməlumdur: "İkinci xəttin tikintisi üçün olduqca böyük səylər göstərilir. Lakin biz nəzərə almalıyıq ki, "Şimal axını-2" layihəsindən fərqli olaraq, "Türk axını" qurudan keçəcək. Buna görə, onun işlənməsi böyük vaxt alacaq".
 


M.Tomadakis əlavə edib ki, "Türk axını" layihəsinin taleyi qismən "Şimal axını-2" layihəsinin reallaşdırılmasından asılıdır.


 
"Şirkətlər qarşılıqlı hörmət və ədalətli rəqabət prinsiplərinə sadiq qalarsa, "Şimal axını-2" layihəsinin reallaşdırılmasına heç bir maneə yoxdur. Rus qazının ən ciddi rəqibi elə rus qazıdır", - deyə o bildirib.


 
Onun sözlərinə görə, "Türk axını" layihəsinin yeni xətti cızılmalıdır: "Yunanıstan şirkətlərinin "Qazprom" ilə imzaladığı niyyət memorandumuna əsasən, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən keçərək İtaliyaya uzana bilər. Ən uyğun marşrut elə TAP layihəsidir. TAP kəmərinə vurulacaq əlavə 10 mlrd. kubmetr həcmində təbii qaz "Türk axını" layihəsinin ikinci xətti üçün istifadə oluna bilər".

 

© APA

21.11.2017 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ