"Bu ilin ən böyük riski dolların möhkəmlənməsi ilə bağlıdır"
Dünya iqtisadiyyatının 2017-ci ildə artım tempinin proqnozları üstələməsi gözlənilir, lakin dolların həddindən artıq möhkəmlənməsi kimi bir sıra qeyri -müəyyənlik gətirən amillər buna əngəl yarada bilər. "Reuters" agentliyinin verdiyi xəbərə görə, bu açıqlamanı Almaniyanın "Allianz" sığorta şirkətinin baş iqtisadi məsləhətçisi Məhəmməd əl-Ərian verib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatın artım tempinin 3%-dən aşağı olmasi riskləri var: "İnkişaf etməkdə olan ölkələr son illərdə ABŞ dolları ilə borclandılar. Amma, zaman keçdikcə, onlar bunun sərfəli olmadığını anladılar, ancaq şirkətlər dollarla borclanmağa davam etdilər".
Əl-Ərian bildirib ki, ABŞ dollarının məzənnəsinin dalğalanmasında ən böyük risk şirkətlərin maliyyə hesabatlarında disbalansın yaranması ilə bağlıdır: "Əsas maliyyə problemləri buradan yaranır və ortaya bir sual çıxır: Korporativ problemlər dövlət probleminə çevriləcəkmi?"
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
-
38 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 2 saat əvvəl