Dollar/TL rekordlara davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar/TL rekordlara davam edir

Dollar/TL məzənnəsi mərhələli yüksəlişini davam etdirərək yeni rekord səviyyələri test edir.

 

"Marja" xəbər verir ki, məzənnə bu gün 1% artımla 3.97 səviyyəsini də aşaraq tarixi ən yüksək səviyyəyə yüksəlib.

 

Lirə, Bloomberg-in təqib etdiyi 24 inkişaf edən ölkə valyutası arasında ən çox dəyərdən düşüən pul vahidi olub.

 

Məzənnədəki rekordlardan sonra Türkiyə Mərkəz Bankı addım atıb. Mərkəzi Bank, bankların gecəlik borc alma limitlərini sıfıra salıb. Qərarın ardından məzənnə ilk fazada 3.97-dən 3.9450-yə geriləyib, lakin bu səviyyələrdə qala bilməyib. Bu dəqiqələrdə məzənnə 3.9581 səviyyəsindədir.


 Avro/TL məzənnəsi isə 4.6747, Sterlin/TL də 5.23 lirə ilə rekord yeniləyib.

 

Lirə bu ilin əvvəlindən bəri Avro qarşısında 20 faiz,  Dolar qarşısında isə 12 faiz ucuzlaşıb.

 

NƏ ÜÇÜN UCUZLAŞIR

 

Prezident Rəcəb Tayyib Ərdoğanın inflyasiyanın aşağı düşməsi üçün faizlərin azaldılması lazım olduğu barədə şərhlərinin Mərkəzi Bankın müstəqilliyinə narahatçılıqları artırması, ABŞ və Avropa ilə diplomatik problemlər, Türkiyənin inkişaf edən ölkələr arasında ən böyük cari kəsirlərdən birinə sahib olması, ikirəqəmli ədədlə inflyasiya və xarici investisiyaya asılı kövrək dövlət maliyyələşdirməsi Türk aktivlərini satış gətirir və nəticədə də Lirə ucuzlaşır.
 

Digər tərəfdən, Zərrab işinə dair irəliləyişlər və NATO ilə yaşanan böhran da mənfi havaya kömək edir.

 

"MƏRKƏZİ BANK SƏHV YOLDADIR"

 

Ərdoğan Mərkəzi Bankın səhv yolda olduğunu bildirmişdi:


 
"Faiz məsələsində məni anlamayanlar gec və ya tez anlayacaqlar. İnflyasiya doğuran əsas səbəb faizdir, bunu biləcəksiniz. Bu qədər yüksək faizlə kredit verdikdə investisiyalar artmaz, dayanar. Mərkəzi Bankın dediklərinin heç biri olmur və olmayacaq. Mərkəzi Bank yanlış yoldadır. Müstəqillikləri var, müdaxilə edə bilmirik. Müdaxilə olmadığı üçün bu nöqtəyə gəlmişik. Mənzərə göz qarşısındadır".

21.11.2017 10:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ